Bu seçki dairəsi ləğv edilir?backend

Bu seçki dairəsi ləğv edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin ləğv ediləcəyi barədə məlumatlar yayılıb.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.

Qeyd edilib ki, bundan sonra Göytəpə şəhər məntəqələrinin Masallı rayonuna tabe olacağı bildirilir.

Bununla yanaşı, hər üç rayonun özünün bir neçə seçki dairəsi fəaliyyət göstərir.

Xatırladaq ki, sözügedən dairə Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşir. Milli Məclisdə həmin dairəni Fəzail İbrahimli təmsil edir.