Burkina Fasoda 2 terror aktı nəticəsində 10 nəfər ölübbackend

Burkina Fasoda 2 terror aktı nəticəsində 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina-Fasonun qərbində iki terror aktı nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlı şəxslər Boucle du Mouhoun bölgəsindəki Kossi şəhərinə hücum ediblər. Hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Həmin gün Fil Dişi Sahili ilə sərhəddə yerləşən Tondura qəsəbəsində terrorçuların həyata keçirdikləri hücumda 4 nəfərin həyatını itirdiyi, maddi ziyanın olduğu qeyd edilib.

Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini öz evlərinə qayıda bilib.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirmişdi.