“Bütövlük eşqi” çapdan çıxdı – FOTObackend

“Bütövlük eşqi” çapdan çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, görkəmli ədib, Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.

İnterpress.az xəbər verir ki, “Bütövlük eşqi” adlı yeni kitabda müəllifin şeir və poemaları yer alıb.

Nəşrdə Xalq şairinin Vətən eşqi ilə döyünən qəlbindən, ruhundan doğulan Cənubi Azərbaycanla, Bütöv və Bölünməz Odlar Yurdu ilə bağlı petik nümunələr öz əksini tapıb.

Kitabın tərtibçisi və redaktoru tanınmış ictimai-siyasi xadim, Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.