“Bütün dinlərdən, rituallardan uzaqlaşıram” – Murad Arifbackend

“Bütün dinlərdən, rituallardan uzaqlaşıram” – Murad Arif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Allahı hiss etdikcə, sevdikcə, qəbul etdikcə, bütün dinlərdən, rituallardan uzaqlaşıram. Çox qəribə duyğudur”.

İnterpress.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi din və ritullardan bəhs edib. Murad sözlərinə belə davam edib:

“Ona sonunadək inanır, dualar edir, hər davranışımda onu düşünür, hər saniyəmə şükür edirəm. O var, o mütləqdir, mükəmməldir, gözəgörünməzdir, hər yerdədir, böyükdür. O, ilahi düzən, ilahi balans, kainatın memarı, yaradılışın səbəbkarıdır mənim üçün. Amma dini rituallar, ayinlər, məkanlar və sairə qarşı bir o qədər də soyuqlaşıram. Yaradan mənim həddindən artıq şəxsi, ürəyimin döyüntüsü, vicdanımın səsi kimi məxfi hissiyatımdır. İzzah edə bilmərəm”.(axsam.az)