CAR-da vəba epidemiyası: ölənlərin sayı 17-yə çatıbbackend

CAR-da vəba epidemiyası: ölənlərin sayı 17-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının (CAR) icra hakimiyyətinin paytaxtı Pretoriya ətrafında vəba epidemiyasında ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pretoriyanın şimalındakı Hammanskraal bölgəsində vəba testinin nəticəsi müsbət çıxan 29 nəfərdən 17-nin indiyə qədər öldüyü açıqlanıb.

Hammanskraal bölgəsində vəba əlamətləri olan 165 nəfərin müalicə olunduğu bildirilib.

Gauteng hökuməti mayın 21-də bölgədə vəba epidemiyası elan edib.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.