CAR işarə dilini rəsmi dil kimi qəbul edirbackend

CAR işarə dilini rəsmi dil kimi qəbul edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikası eşitmə qüsurlu insanların istifadə etdiyi işarə dilini ölkənin 12-ci rəsmi dili elan edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Afrika Prezidenti Cyril Ramaphosa, ölkənin yeni rəsmi dili olaraq işarə dilini qəbul edən Cənubi Afrika İşarə Dili Aktını icra hakimiyyətinin paytaxtı Pretoriyadakı Birlik Binalarında təşkil edilən mərasimdə imzalayıb.

Mərasimdə çıxış edən Ramaphosa işarə dilinin rəsmi dil olaraq qəbul edilməsinin Cənubi Afrika demokratiyası üçün mərhələlərdən biri olduğunu bildirib.

İşarə dilini rəsmi dil kimi qəbul edən 4-cü Afrika ölkəsi

“Biz işarət dilində ünsiyyət quran insanların hüquqlarını genişləndirməyi və onların cəmiyyətdəki nüfuzunu yüksəltməyi hədəfləyirik”, – Ramafosa bildirib.

Beləliklə, Cənubi Afrika Keniya, Zimbabve və Uqandadan sonra eşitmə qüsurlu insanların istifadə etdiyi işarə dilini rəsmi dil kimi qəbul edən 4-cü Afrika ölkəsi olub.

İşarə dili Afrikaans, Zulu, Svati, Xosaka, Tsonqo, Venda, Tsvana, Sotho, Şimali Soto, Cənubi Ndebel və İngilis dili də daxil olmaqla 11 dilin rəsmi danışıldığı ölkədə 12-ci rəsmi dil olub.