Cavaxetiya separatçısı Gürcüstandakı ermənilərdən Qarabağa gəlmələrini xahiş edirbackend

Cavaxetiya separatçısı Gürcüstandakı ermənilərdən Qarabağa gəlmələrini xahiş edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni işğalçı kontingentinin qalıqlarının vəziyyəti kritikləşdikcə “zinvor”ların kömək nalələri də bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin “top yemi” hələ də bəs eləmir – İrəvan artıq Azərbaycan Ordusunun müzəffər irəliləyişini dayandırmaq gücündə deyil.

İnterpress.az xəbər verir ki, bu səbəbdən təkcə Qarabağ deyil, başqa bölgələrdəki separatçılar da kömək üçün diasporaya müraciət etməyə davam edirlər. Üstəlik, yalnız maliyyə yardımı deyil. Ermənilərin bununla bağlı heç bir problemi yoxdur. Xeyr, onların döyüşçülərə və terrorçulara ehtiyacları var. Hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan, Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşlarına qapanaraq xahiş edir. Facebook səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlığı üzrə intensive kurs keçmələrini tövsiyə edib və hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də göstərib.

Burada artıq Cavaxetiya sakinlərinin də vətəndaşları olduğu Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları hərəkətə keçməlidirlər. Nə də olsa, gələcəkdə Qarabağda ölümdən qaça biləcənlər, artıq təlim keçmiş silahlılar kimi “Cavaxetiyanı Ermənistana birləşdirmək” xəyalı ilə Gürcüstana qayıdacaqlar. Gürcüstanın bu baş ağrısına ehtiyacı varmı? Çətin. Buna görə gürcü qonşularımızın indidən Çaxalyanın tərəfdarlarına qarşı müvafiq profilaktik tədbirlər görməsi lazımdır.

 

İnterpress.az