İstanbulda çayxanaya hücum edərək səhv adamı öldürüblər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Qoca yaşlı Mehmet İlhan Ergünü səhvən öldürən iki təcavüzkar saxlanılıb.
Beyoğlu Ömər Hayyam küçəsində baş verən hadisədə başlarında dəbilqəli və nömrəsiz motosikletlə gələn iki şübhəli çayxanaya atəş açıb.
Açılan atəş nəticəsində qapıda oturan Mehmet İlhan Ergün güllələnərək ölüb, Cüneyt Yılmaz isə yaralanıb.
Hücum edənlər gəldikləri motosikletlə hadisə yerindən qaçıblar.
2 gün ərzində təxminən 600 kamera görüntüsü araşdırılıb və şübhəlilər saxlanılıb.