1967-ci ildə Boliviyada Ernesto “Çe” Qeveranı ələ keçirən istefada olan general Qari Prado Salmon 84 yaşında vəfat edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
1967-ci ildə Çe Gevaranın ələ keçirilməsindən sonra Boliviya Konqresi tərəfindən “qəhrəman” elan edilən Salmon ölkənin şərqindəki Santa Cruz de la Sierra xəstəxanasında dünyasını dəyişib.
1981-ci ildə təsadüfi güllə nəticəsində onurğası iflic olan Salmon 1988-ci ildə ordudan təqaüdə çıxıb.
Boliviyada Çe Gueveranı öldürən Boliviya əsgəri Mario Teran Salazar da 2022-ci il martın 11-də 80 yaşında vəfat edib.
Argentinalı kommunist partizan Çe Guevera 1967-ci il oktyabrın 9-da ordu və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birgə əməliyyatı ilə Boliviyada əsir götürüldü və La Pazdan təxminən 800 kilometr aralıda yerləşən La Higuera kəndindəki məktəbdə edam edilib.






