Cəlilabadda 3 yaşlı uşaq avtoqəzada xəsarət alıbbackend

Cəlilabadda 3 yaşlı uşaq avtoqəzada xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda uşağı avtomobil vurub.

İnterpress.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, 2020-ci il təvəllüdlü R. İsgəndərovu minik avtomobili vurub. Azyaşlı müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.