Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsinə yaxın əkin sahəsində qeydə alınıb.
Belə ki, rayon sakini, Rauf Mirzəyevə məxsus biçilməmiş taxıl sahəsində yanğın olub.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin buna baxmayaraq 2 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Hadisəyə səbəbin elektrik naqillərindən qaynaqlandığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.