Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
İnterpress.az xəbər verir ki, həmin şəxs rayon sakini Yusubov Bəhruz Ramazan oğludur.
O, rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman ondan 14,998 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.