Cəmil Həsənlinin qızının işi: Mahiri hansı cəza gözləyir?backend

Cəmil Həsənlinin qızının işi: Mahiri hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə görə, şəxsi həyata müdaxilə qadağandır. Heç kimin şəxsi həyatına müdaxilə oluna bilməz. Buna görə qanunvericilikdə sanksiya nəzərdə tutulub. Bu, Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində göstərilib.

Bu sözləri açıqlamasında hüquqşünas Səməd Vəkilov MŞ sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin gizli videolarının yayılması ilə bağlı DİN-də aparılan istintaq haqda danışarkən deyib.

O bildirib ki, iki şəxsin arasında olan foto və video çəkilişlər, mesajlar, şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatların şəxslərin razılığı olmadan media və sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb olur.

Məcəllənin 156-cı maddəsinin pozulmasına görə həmin şəxsə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalana bilər.

Qeyd edək ki, mart ayının sonunda yayılan məlum görüntülərlə bağlı G.Həsənli polisə şikayət ərizəsi verib. DİN-dən bu gün mediaya verilən açıqlamada isə hazırda araşdırmanın davam etdiyi vurğulanıb.

Sözügedən görüntüləri Mahir Allahverdiyev adlı şəxsin yaydığı qeyd edilir.

 

İnterpress.az