“Cəmiyyətin inkişafında erkən nikah problemi” layihəsinin icrası davam edirbackend

“Cəmiyyətin inkişafında erkən nikah problemi” layihəsinin icrası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Cəmiyyətin inkişafında erkən nikah problemi” layihəsinin icrası davam edir.

İnterpress.az xəbər verir ki, layihənin icra planına uygun olaraq 03.11.2022- ci il tarixdə Zoom Platforması ilə “Valideynlərlə görüş” adlı tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Ombudsmanın Qərb Regional Mərkəzi,Daxili İşlər Nazirliyinin Gəncə Regional Mətbuat Xidməti, İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələri, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyyəti və valideynlər iştirak edirdi.

Tədbirin keçirilməsində əsas məqsəd valideynlərlə görüşməklə yetkinlik yaşına çatmayanların mənafeyini üstün tutmaqla valideynlər qarşısında duran hüquq və vəzifələrini izah etmək,valideyn məsuliyyətsizliyindən təhsildən yayındırmaqla azyaşlı uşaqların erkən yaşda qeyri- rəsmi nikaha məcbur etmə, valideynlərin və onların qanuni nümayəndələrinin məsuliyyətini izah etməkdir.Bundan başqa İcra Hakimiyyətlərində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının və təhsil müəssisələrinin qarşısında bu istiqamətdə duran vəzifələr müzakirə olundu və birgə fəaliyyət planı qəbul olundu.