Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu açıqlandıbackend

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

İnterpress.az-n məlumatına görə, bu ada Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb.

25 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və “Bavariya” üz-üzə gələcək.

 

İnterpress.az