Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlibbackend

Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub. “Kral klubu” çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. “Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 – Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, “Enfild” stadionu

00:00. “Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya) – 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 (“Napoli”)
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 (“Ayntraxt”)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, “Frankfurt” stadionu.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.