Cənubi Afrikanın Şərqi Keyp əyalətinin Nelson Mandela körfəzində silahlı hücum nəticəsində 6 nəfər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
3 silahlının KwaNobuhle rayonunda bir evə təşkil etdiyi hücumda 1-i qadın olmaqla 6 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.
Açıqlamada hadisənin narkotiklə əlaqəli ola biləcəyi bildirilir.
Polisin başlatdığı əməliyyat çərçivəsində indiyədək 5 nəfər saxlanılıb.