Cənubi Afrika Respublikasında vəba epidemiyasında həyatını itirənlərin sayı 47-yə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Afrika Respublikası Səhiyyə Nazirliyindən verilən açıqlamada vəbadan ölənlərin sayının artdığı ifadə edilib.
Azad Dövlət əyalətində 4 adamın daha ölümü ilə 47-yə çatıb.
Açıqlamada son bir neçə həftədə ölkə daxilində vəba hallarında azalma olduğu, 10 gündə cəmi 1 vəba hadisəsinin aşkarlandığı bildirilib.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur.
Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.