Cənubi Koreya Yaponiyanın Fukusima Dai arası Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının axıdılması planına qarşı ehtiyat tədbiri olaraq dənizdə fövqəladə radiasiya sınaqları zonalarını 92-dən 200-ə qaldıracağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreyanın Okeanlar və Balıqçılıq nazirinin müavini Park Sung-hoon bildirib ki, fövqəladə radiasiya sınağı çərçivəsində Cənubi Koreya şərq, qərb və cənub dənizlərindən, o cümlədən Ceju adası və onun ucqar ərazilərindən nümunələr toplayacaq.
Park, 92 fövqəladə radiasiya test sahəsinə sahib olduğunu və radiasiya səviyyələrini izləmək üçün sınaq sahəsinə 108 sahil bölgəsini əlavə etdiyini açıqlayıb.
Cənubi Koreya radiasiya testlərini həyata keçirmək üçün normal olaraq istifadə etdikləri iki aylıq müayinə üsulları yerinə daha sürətli nəticə verən “sürətli analiz metodu”nu tətbiq edəcək.
Bu testlərin nəticələrinin 4 günə alına biləcəyini deyən Park, nəticələri hər gün açıqlayacaqlarını qeyd edib.
Park, son radiasiya testindən əldə edilən məlumatlara görə, ölkənin 20 ən böyük dənizinin tullantılardan azad olduğunu açıqlayıb.
Cənubi Koreya iyun ayında okean sularında 92 məntəqədə radiasiya sınaqları keçirməyə başlayıb.