Cənubi Koreya və ABŞ kibertəhlükəsizliklə bağlı danışıqlar aparacaqbackend

Cənubi Koreya və ABŞ kibertəhlükəsizliklə bağlı danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ-ın kibertəhlükəsizliklə bağlı işçi səviyyəsində danışıqlar aparacağı açıqlanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, baş menecer səviyyəsində nümayəndələrin qatılacağı 8 seansdan ibarət Kiber Əməkdaşlıq İşçi Qrupunun (CCWG) sabah iclası keçiriləcək.

Məlumata görə, iki ölkə danışıqlar zamanı kibertəhlükəsizlik siyasəti, kiber təhdidlər və kibertəhlükəsizlik təhsilinin gücləndirilməsi kimi məsələləri müzakirə edəcək.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ arasında kibertəhlükəsizlik məsələsini müzakirə etmək üçün 2014-cü ildə Kiber Əməkdaşlıq İşçi Qrupu yaradılıb.