Cənubi Koreyanın Seul şəhərində avtomobildə 4 nəfərin cəsədi tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, polis paytaxtın 32 kilometr cənubunda yeraltı keçiddə şübhəli avtomobil aşkarlandığını açıqlayıb.
Avtomobildə biri qadın olmaqla 4 nəfərin cəsədinin sınmış mobil telefonları olduğu bildirilib.
İntihar şübhəsi üzərində dayanan hadisədə sözügedən şəxslərin internetdə tanış ola biləcəyi təxmin edilir.