Cənubi Koreyada həkim istefalarını təşkil etdiyi iddia edilən 5 nəfər haqqında istintaq başladılıbbackend

Cənubi Koreyada həkim istefalarını təşkil etdiyi iddia edilən 5 nəfər haqqında istintaq başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz edən minlərlə intern həkimi istefaya təşviq etmək və yönləndirmək iddiası ilə Koreya Tibb Assosiasiyası (KMA) və Koreya Pediatriya Assosiasiyasından 5 nəfərə qarşı istintaq başladılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Yonhap-ın məlumatına görə, Səhiyyə və Rifah Nazirliyi KMA-nın Fövqəladə Hallar Komitəsinin sədrini, KMA rəhbərliyinin digər iki üzvünü, KMA-nın keçmiş prezidentini və Koreya Pediatriya Assosiasiyasının prezidentini kursant həkimləri kütləvi istefaya yönəltməkdə günahlandırıb.

Seul Böyükşəhər Polis Agentliyinin ictimai cinayətləri araşdıran bölməsi, 5 nəfərə qarşı başladılan istintaqla nazirliyin irəli sürdüyü ittihamları araşdırmaq üçün hərəkətə keçib.

Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib.

Bunun üzərinə ölkədəki həkimlər fevralın 20-də başda paytaxt Seul olmaqla bir çox şəhərdə “tibbi təhsilin və xidmətin keyfiyyətinin pisləşəcəyi” səbəbilə hökumətin planına etiraz etmiş, 9 mindən çox kursant istefa ərizəsi vermişdi.

Hökumət istefaların ictimai sağlamlığa təsirini əsas gətirərək, ictimai sağlamlıq riski səviyyəsini “ehtiyatlı”dan “ciddi” səviyyəyə qaldırdı.

Səhiyyə və Rifah Nazirinin ikinci müavini Park Min-soo istefaların qəbul edilmədiyini, həkimlərin işə qayıtması üçün son günün fevralın 29-da olduğunu, əks halda onların lisenziyalarının mart ayından etibarən ən azı üç ay müddətinə dayandırılacağını bildirib.