Cənubi Koreyada qeydə alınmayan körpə ölümləri 249-a yüksəlibbackend

Cənubi Koreyada qeydə alınmayan körpə ölümləri 249-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada doğulduqdan sonra rəsmi qeydiyyatı olmayan körpələrlə bağlı başladılan istintaq çərçivəsində ölü tapılan körpələrin sayı 249-a yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Səhiyyə və Rifah Nazirliyinin verdiyi açıqlamada, ölkə daxilində rəsmi qeydiyyatı olmayan 2000-dən çox doğulan körpənin təxminən 12 faizinin öldüyü bildirilib.

Nazirlik araşdırmalar çərçivəsində öldüyü müəyyən edilən körpələrin sayının 249-a yüksəldiyini açıqlayıb.

Polis qətldə şübhəli bilinərək 7 işi prokurorluğa göndərib.

Əhali qeydiyyatında olmayan körpələrdən 1025-nin sağ olduğu təsdiqlənsə də, onlardan 814-ü ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.

Nazirlik bəyan edib ki, 2015-2022-ci illər arasında ölkədə stasionar müalicə alan, lakin əhalinin uçotunda olmayan 2123 körpə doğulub.