Çexiyada avtobus qəzası: 1 ölü, 50 yaralıbackend

Çexiyada avtobus qəzası: 1 ölü, 50 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada iki avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, azı 50 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çexiya və Slovakiyanı birləşdirən D2 magistralının 3-cü kilometrliyində Brno istiqamətində iki avtobus toqquşub.

Qəzada avtobus sürücülərindən biri ölüb, azı 50 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilərkən, D2 şosesi hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb.

“İkinci dərəcəli xəbərdarlıq verdik”

Qəza ilə bağlı açıqlama verən Cənubi Moraviya polisinin sözçüsü David Chaloupka, “İki avtobusun toqquşması nəticəsində baş verən qəzada çox sayda yaralı var. 26 təcili yardım maşını və çoxlu yanğınsöndürənlə hadisə yerindəyik. İki avtobusda təxminən 70 sərnişinin olduğunu təxmin edirik. Biz ikinci dərəcəli xəbərdarlıq elan etmişik”.