Çexiyada elektrik stansiyasında partlayış baş verib – FOTObackend

Çexiyada elektrik stansiyasında partlayış baş verib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Çexiyanın Kolin şəhərində elektrik stansiyasında partlayış baş verib.

Bu barədə bazar ertəsi CT24 telekanalı məlumat verib.

İlkin məlumatlara görə, stansiyanın binasına ziyan dəyib, ancaq hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra yaranan yanğının söndürülməsində 10 xilasetmə briqadası və bir helikopter iştirak edir.

Elektrik stansiyası Kolin şəhərindəki əksər müəssisə və evləri elektrik və istilik enerjisi ilə təmin edir.

Hadisənin səbəbləri araşdırılır.

 

 

 

 

İnterpress.az