Çexiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıbbackend

Çexiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Çexiyanın Yoluxucu Xəstəliklərin Müalicəsi Cəmiyyətinin sədri Pavel Dluhi bildirib.

Bu diaqnozu olan xəstə Praqada Mərkəzi Hərbi Hospitaldadır.

Qeyd edək ki, Avropada ilk təsdiqlənmiş yoluxma halı mayın 7-də qeydə alınıb və iki həftə sonra artıq yoluxma halı 100-ə yaxınlaşıb. Dünyada meymunçiçəyi xəstəliyinin aşkarlandığı ölkələrin sayı 13-ə, virusa yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı 92-yə çatıb.

Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, BƏƏ, İsveçrə və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.