ABŞ-ın enerji şirkəti olan Chevron” İsraillə HƏMAS arasındakı qarşıdurmalara görə İsrailin tələbi ilə Şərqi Aralıq dənizindəki Tamar təbii qaz yatağında hasilatı dayandırdığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Chevron” elektron poçtla verdiyi açıqlamada şirkətin fəaliyyət göstərdiyi obyekt və istehsal sahələrində təhlükəsizliyin təmin edilməsinin prioritet olduğunu bildirib.
İsrail və HƏMAS arasındakı qarşıdurmalardan sonra şirkətin bölgədəki işçilərinin məlumatlarının istəndiyi qeyd edilib.
“Chevron Mediterranean Limited”ə İsrail hökuməti tərəfindən Tamar istehsal platformasında istehsalı dayandırmaq göstərişi verilib.
Şirkət Tamar kənarındakı Leviafan yatağından qaz tədarükünü davam etdirdiyini bildirib.