Çilidə daşqın 2 nəfərin həyatına son qoyub, 3 nəfər itkin düşübbackend

Çilidə daşqın 2 nəfərin həyatına son qoyub, 3 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Çilidə iyunun 22-dən bəri yağan leysan yağışların səbəb olduğu daşqınlarda 2 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin mərkəzi hissəsində təsirli olan yağışlar çayların daşmasına səbəb olub, yolları zədələyib, yüzlərlə insana mənfi təsir edib.

Yerli hakimiyyət orqanları ilə birlikdə bölgəyə səfər edən prezident Gabriel Boric deyib: “Təəssüf ki, ağacların altında qalan iki vətəndaşımız həyatını itirdi, 3 itkin axtarılır. Təbii fəlakətdə 419 nəfər evsiz qaldı, 1002 nəfər İnsanlar təhlükəsiz yerlərə təxliyyə edilib. Valparaisonun müxtəlif yerlərində su kəsilib”.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Daxili işlər naziri Karolina Toha Valparaiso və Biobio bölgələrində vəziyyətin son dərəcə həssas olduğunu və bu iki bölgədə “fəlakət vəziyyəti” elan edildiyini açıqlayıb.

Güclü yağışların bir müddət də davam edəcəyini, sel və daşqın riskinin yüksək olduğunu qeyd edən səlahiyyətlilər vətəndaşlardan diqqətli olmalarını istəyib.