Çin ABŞ-dan bəzi yarımkeçiricilərin idxalına cavab rüsumlarını tamamilə ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu yaxınlarda ABŞ Ticarət Naziri Hovard Lutnik ABŞ-nin elektronika və yarımkeçiricilərin idxalına tətbiq etdiyi tarifləri müvəqqəti olaraq qaldırdığını və yaxın aylarda onlara sektoral tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az