Çin hibrid avtomobillərində normanı 8 dəfə aşan təhlükəli şüalanma aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Perm Politexnik Universitetinin alimləri araşdırma aparıb.
Çin istehsalı olan hibrid avtomobillərdə insan sağlamlığı üçün təhlükəli səviyyədə elektromaqnit şüalanma qeydə alıblar.
Araşdırmaya görə, bu avtomobillərdəki dartı elektrik mühərriki, invertorlar və litium-ion batareyalar intensiv elektromaqnit sahələri yaradır.
Mütəxəssislər bildirirlər ki, bu sahələr yığılma effektinə malikdir və uzunmüddətli təsir zamanı nevroloji pozuntulara, depressiyaya, hətta xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az