Çin və Rusiya Qərb təhdidi qarşısında birləşir – ŞƏRHbackend

Çin və Rusiya Qərb təhdidi qarşısında birləşir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq ölkəsinin Rusiya ilə münasibətlərindən danışıb. O bildirib ki, Çin və Rusiya arasında əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib.

Əvvəllər də dediyimiz kimi, rəsmi Moskva ilə rəsmi Pekin arasında əməkdaşlıq güclənir. Bu, daha çox dünyadakı qütbləşmə ilə müşahidə olunur. Tərəfləri birləşdirən əsas məsələlərdən biri ortaq ABŞ təhdididir.

Çin və Rusiya qarşılıqlı əməkdaşlığı gücləndirməklə Qərbi çəkindirmək istəyirlər. Eyni zamanda onlar təhlükəsizliklərini möhkəmləndirmək istəyirlər.

Bu mənada Çin Xarici İşlər Nazirliyinin rəsminin açıqlanmasını səmimi hesab etmirəm.

Nəzərə almaq lazımdır ki, tərəflər arasındakı əlaqələr Ukraynadakı müharibəyə qədər bu səviyyədə deyildi. İndi isə onlar əlaqələrini gücləndirməyə məcbur olublar.

Düşünürəm ki, Pekinlə Moskva arasındakı münasibətlər bundan sonra da artan templə davam edəcəək. Hər iki dövlət çalışacaq ki, müttəfiqlərinin sayı da da artsın. Beləliklə, Qərb koalisiyasına bənzər ittifaq yarana bilər. Bu isə gələcəkdə üçüncü dünya müharibəsinin başlanması üçün şərait yaradacaq.

Kənan Novruzov
İnterpress.az