Çində 125 milyon il əvvələ aid dinozavrın fosili tapılıbbackend

Çində 125 milyon il əvvələ aid dinozavrın fosili tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 125 milyon il əvvəl yaşamış dinozavr və ona hücum edən canlının qalıqlarını ehtiva edən fosil tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, pişik boyda porsuq kimi görünən Repenomamus Robustus adlı məməlinin özündən üç dəfə böyük olan dinozavr Psittacosaurusa hücum etdiyi bildirilir.

Fosildə Psittacosaurusun sol ön pəncəsi ilə R.Robustusun alt çənəsini tutduğu, sol arxa pəncəsinin dinozavrın arxa ayağından tutduğu, məməlinin dişlərinin isə ovunun qabırğalarına soxulduğu görülür.

Tədqiqatın müəlliflərindən biri, Kanada Təbiət Muzeyindən paleobioloq Cordan Mallon tapıntının məməlilərin dinozavrlara hücum edə bilməyəcəyi fikrini təkzib edə biləcəyini və fosillərin bir heyvanın digəri ilə qarşılıqlı təsirini göstərən və yırtıcı heyvana işıq saldığını qeyd edib.

Onun sözlərinə görə, nəsli kəsilmiş canlıların davranışı çox nadirdir.

Araşdırma Scientific Reports jurnalında dərc olunub.