Çində 25 uşağı zəhərləyən və birini öldürən müəllim edam edilibbackend

Çində 25 uşağı zəhərləyən və birini öldürən müəllim edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağçası müəllimi Vanq Yunun edamını elan edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin Henan əyalətinin Birinci Dairə Məhkəməsinin qapısına asılmış elana görə, uşaq bağçası müəlliməsi Vanq dünən edam edilib.

27 may 2019-cu ildə Vanqın Menqpen uşaq bağçasında 25 şagirdin düyü sıyığına zəhərli natrium nitrat qarışdırmasından sonra çoxlu uşaq zəhərlənsə də, Vanq adlı şagird 10 aylıq müalicədən sonra çoxlu orqan çatışmazlığından dünyasını dəyişib.

Bağça müəlliməsi Vanqın ərini daha əvvəl internetdən aldığı eyni maddə ilə zəhərləməyə çalışdığı bildirilir.

Sözügedən müəllimə “qəsdən zərər vurmaq” maddəsi ilə 9 ay həbs cəzası verilib, sonradan bu cəza ölüm cəzası ilə əvəzlənib.