Hebey bölgəsində açıq havada işləri tamamilə məhdudlaşdıran “qırmızı xəbərdarlıq” elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bu çərçivədə, işəgötürənlərin işçiləri açıq yerlərdə işə götürməsinə icazə verilmir və səlahiyyətlilər ictimaiyyəti qorumaq üçün lazımi tədbirlər görməlidir.
Ölkənin şimalında isə həddindən artıq isti ilə əlaqədar ikinci ən yüksək xəbərdarlıq “narıncı xəbərdarlıq” verilib.
Kuryerlər, restoranlar və pərakəndə satıcılar ərazidə fəaliyyətlərini davam etdirirlər, işəgötürənlər isə narıncı xəbərdarlıq zamanı açıq havada işləməyi mümkün qədər məhdudlaşdırmalıdırlar.
İyulun 6-da Çinin paytaxtı Pekində qırmızı həyəcan siqnalı verilib və işçilərdən açıq yerlərdə işlərini dayandırmaq tələb edilib.
Ölkədə kəskin istilər davam edir
Paytaxt Pekində havanın temperaturu 40 dərəcədən yuxarı olarkən iki nəfər istidən ölüb.
Bəzi vətəndaşlar istidən qorunmaq üçün yeraltı sığınacaqlara köçüb.
Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, həddindən artıq istilər çəltik məhsuluna təsir göstərə bilər və məhsulun vaxtından əvvəl yetişməsinin qarşısını almaq üçün əkin sahələri suvarılmalıdır.
Daşqından sonra baş verən sürüşmədə 7 nəfər itkin düşüb
Ölkənin şimalında həddindən artıq istilər və quraqlıq yaşanarkən, cənubda sel fəlakətləri ilə mübarizə aparılır.
Axtarış-xilasetmə qrupları Hubey əyalətində torpaq sürüşməsi nəticəsində tikinti sahəsində itən 7 nəfərin axtarışlarını davam etdirir.