Çində azı 12 məmur yoxa çıxıbbackend

Çində azı 12 məmur yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasında yarımkeçirici sənayesində dövlət investisiya fondu daxilindəki korrupsiya ilə bağlı araşdırmaya başlandıqdan sonra ən azı 12 məmur gözdən itib

Məlumata görə, Çin Kommunist Partiyasının korrupsiya ilə mübarizə şöbəsi artıq bir neçə yüksək rütbəli məmuru saxlayıb. Belə ki, son üç ay ərzində ən azı 12 nəfər, o cümlədən fond menecerləri, şirkət rəhbərləri və bir hökumət naziri istintaqa cəlb edilib. Onların hamısının çip sənayesi ilə sıx əlaqələri olub.

Hazırda sənayenin inkişafı üçün ayrılan investisiyalarda mənimsəmə halları axtarılır. İnvestisiyaların məbləği 340 milyard yuan (indiki məzənnə ilə 47 milyard dollar) səviyyəsində qiymətləndirilir.

Mənbə: gazeta.ru