Dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti olan Çinli Evergrande-nin patronundan xəbər yoxdur.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bloomberg Çinli patron Hui Ka Yanın evindən polis tərəfindən saxlanıldığını iddia edib.
Onsuz da böhran içində olan şirkətin səhmləri bu xəbərlə 15 faizə yaxın dəyərini itirib.
Çində xarici işlər və müdafiə nazirləri son iki ayda yoxa çıxmışdı. Bu dəfə Çinin Evergrande daşınmaz əmlak şirkətinin müdirindən xəbər olmadığı bildirilir.
Amerikanın Bloomberg media orqanı Everqrandın rəhbəri Hui Ka Yanın saxlanıldığını iddia edib. İddiaya görə, bu ayın əvvəlində Çin polisi tərəfindən saxlanılan Hui naməlum yerə aparılıb.
Bu xəbərdən sonra borc içində olan daşınmaz əmlak şirkətinin səhmləri bir gündə təxminən 15 faiz dəyər itirib.
Evergrande təxminən 330 milyard dollarla dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkətidir.
Şirkətin borc öhdəliyi Çinin ümumi daxili məhsulunun təxminən 2 faizini təşkil edir.
Pekin administrasiyası şirkətin müflis olmasının ölkə iqtisadiyyatında böhrana səbəb olacağından narahatdır.
Bundan əlavə, şirkət qurbanlarının tez-tez etirazları sosial sülhü təhlükə altına qoyur.
Everqrand sonuncu dəfə borcun restrukturizasiyasını müzakirə etmək üçün sentyabrın 25 və 26-da kreditorlarla planlaşdırılan 6 görüşü ləğv edib.