Çində qasırğa səbəbindən 230 minə yaxın insan təxliyə edilibbackend

Çində qasırğa səbəbindən 230 minə yaxın insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənubundakı Quandun əyalətində təsirli olan “Talim” qasırğası səbəbindən 230 minə yaxın insan evlərindən təxliyə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Küləyin sürətinin saatda 140 kilometrə qədər artdığı tayfun səbəbindən yüzlərlə təyyarə və qatar ləğv edilib.

Quandun əyalətinə təsir edən Talim qasırğası səbəbindən 230 minə yaxın insan evlərindən təxliyə edilib.

Sakinlərə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.

Vyetnamda Talim qasırğasından ən çox təsirlənəcəyi gözlənilən bölgələrdən 30 minə yaxın insan təxliyə edilib.

Dünən Honq-Konqda Talim tayfunu səbəbindən məktəblər və birja müvəqqəti bağlanıb.