Çində qırıcı təyyarə binanın üstünə düşüb, ölən və yaralananlar varbackend

Çində qırıcı təyyarə binanın üstünə düşüb, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Xubey əyalətində yaşayış evinin üstünə ölkə Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin qırıcısının düşməsi nəticəsində azı bir nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, evin üstünə “J-7” (“MiQ-21”in eynisi) reaktiv döyüş təyyarəsi düşüb. Telekanalın bu informasiyasını Çin Hərbi Hava Qüvvələri də təsdiqləyib.

Məlumata görə, hadisə təyyarə təlim uçuşu edərkən baş verib.