Çinin Lianjiang şəhərində uşaq bağçasına bıçaqlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Lianjiang yerli hökumətinin verdiyi açıqlamaya görə, hücum səhər saatlarında baş verib.
Hadisə zamanı bir müəllim, 2 valideyn və 3 şagirdin öldüyü, 1 nəfərin yaralandığı açıqlanıb.
25 yaşlı şübhəli şəxs nəzarətə götürülüb.