Çindən gətirilən ucuz oyuncaqlar təhlükə mənbəyidir – Həkimdən XƏBƏRDARLIQbackend

Çindən gətirilən ucuz oyuncaqlar təhlükə mənbəyidir – Həkimdən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MattressNextDay” şirkətinin alimləri maraqlı tədqiqat aparıb. Mütəxəssislər dörd maddə üzrə yeddi müxtəlif yerdən nümunə götürüblər: ədyal, uşaq oyuncağı, zibil qutusu və tualet oturacağı.

Alimlər yumşaq oyuncaqların üzərində qızılı stafilokok və E. coli kimi təhlükəli bakteriyaların toplanmasını aşkar ediblər.

Bu patogenlər uşaqlarda təhlükəli infeksiyalara səbəb olur. Yumşaq oyuncaqlarda toz gənələri və kif də toplanır ki, bu da allergiyaya və astmanın şiddətlənməsinə səbəb ola bilər.

Mövzu ilə bağlı olaraq İnterpress.az-ın suallarını Tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.

Həkim bu məsələnin çox ciddi və narahatedici olduğunu diqqətə çatdırıb.

“Ümumiyyətlə, qida maddələri, müxtəlif məişət avadanlıqları, bunların istehsalında istifadə olunan müxtəlif maddələrin hər biri həm ekoloji təmiz olmalıdır, həm də ki, insan orqanizmi üçün təhlükəsiz olmalıdır.

Bu, çox vacib məsələdir və toxumalar üçün indiferent olmalıdır. Çünki daim avadanlıqlarla kontakt var. Bunların içində xüsusi yer tutan uşaq oyuncaqları və uşaqlara aid olan bütün hər şeydir. Elə uşaqların çarpayıları, uşaqların çarpayıdan asılma oyuncaqları, ayrıca oyuncaqlar, uşaqlara geyilən paltarlar və s. Bunların hamısı təhlükəsizlik parametrlərinə cavab verməlidir.

Hələ uzun zamandır bu söhbət gedir ki, Çindən alınan uşaq oyuncaqlar, plastik materiallar çox zərərlidir. Bunların zərərli olmasının əsasında bir neçə amil dayanır. Birinci, həmin plastik materialların özlərinin aşağı keyfiyyətli olması, uşağın orqanizm üçün ziyanlı olması.

İkincisi, bu plastik materialların tozu, digər mikrobları və s. özündə hopdura bilməsi, saxlaması, yapışdırması, onların yapışqanlıq qabiliyyətinin olması. Baxın, bunların ikisi də çox böyük əks göstəriş sayılır.

Yəni, bu adətən bütün materiallar, bütün evdəki məişət əşyaları, xüsusilə də tanınmış brendlərdən olan məişət əşyalarının plasmastları və s. xüsusilə parıltılı olur, onlar çirk yığmır, başqa mikroplar toplamır, bəziləri də antiseptik olur və s.

Amma uşaq üçün olan həmin Çin mənşəri oyuncaqların, təəssüflər olsun ki, parametrlərə cavab vermir. Bu da nəyə görədir? Çində əlbəttə ki, yaxşı, keyfiyyətli, yüksək qiymətli brend olanları da var.

Lakin bizim işbazlar, alıverçilər, biznesmenlər, bu alış-verişlə məşğul olan hər kəs gedib daha çox pul qazanmaq üçün bunun daha ucuzunu alır. Çində əsas iqtisadi maraqdır, istehsaldı. Amma bunu alan, öz ölkəsində gətirən adamlar bunun təhlükəsizlik parametrlərinə diqqət etməlidirlər”, – professor bildirib.

Adil Qeybulla qeyd edib ki, dövlət səviyyəsində bu oyuncaqların, müxtəlif zəhərli maddələrin ölkəyə idxalına qadağa qoyulmalıdır.

“Hesab edirəm ki, birinci növbədə gömrükdə bu cür malların idxalına qadağa qoyulmalıdır. Təəssüflər olsun ki, gömrükdə bütün malları eşirlər, hər cür yoxlayırlar, bəzlərini zədələyirlər, amma bu cür malları çox asanlıqla ölkəyə bıraxırlar. Bax, söhbət bundan gedir. Niyə bu mallar ölkədə istihlaka bıraxılmalıdır?

Düşünəm ki, birinci növbədə dövlət səviyyəsində müxtəlif zəhərli maddələrin ölkəyə itxalına qadağan olunmalıdır. Bu, ən yaxşı vasitədir ki, bunun qarşısı alınsın. Çünki o alətləri, oyuncaqları alan insanların çoxu imkanları daxilində gedib ucuzunu tapıb alır.

İstənilən halda bu cüz alətlərin, oyuncaqların və s. alıcıları həmişə var. Bu təkcə oyuncaqlara aid deyil. Məsələn, müxtəlif alətlər var İnşaatda, evdə işlənən, vint açıcılar, sıxıcılar və s. Bunların əksəriyyətinin plasmastları və s.-nin çoxu həmin o zərərli maddələrdən alınmış plasmastardır.

Ona görə də həmişə brend, tanınmış mal istehsalçıları bu məsələlərə diqqət edir, təhlükəsiz materiallardan istifadə edirlər. Ona görə də onların müəyyən qiyməti var, müəyyən keyfiyyəti var.

Təəssüflər olsun ki, insanlar bəzən bunun fərqində olmur. Biz genefondun əsas hissəsi olan uşaqlara həmişə diqqətli olmalıyıq”, – mütəxəssis vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az