Pekin İsraili “sülhə maneə” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Rəsmi Pekin İran və ABŞ-nin mövcud münaqişəni nizamlamaq məqsədilə yaxın günlərdə niyyət memorandumu imzalamaq qərarını alqışlayıb və bütün tərəfləri mübahisəli məsələlərin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiq qalmağa çağırıb.
Lakin bu müsbət fonun ardınca Çinin dövlət mediası İsrailə qarşı kəskin tənqidlərlə çıxış edərək rəsmi Qüdsü Yaxın Şərq regionunda sülhün və sabitliyin bərqərar olunmasına süni maneələr yaratmaqda ittiham edib.
Çin dövlət mətbuatının yaydığı təhlillərə görə, müstəqil Fələstin dövləti qurulmadan Yaxın Şərqdə uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək tamamilə qeyri-mümkündür.
Pekinin bu bəyanatı və İsraili “sülhə maneə” adlandırması Vaşinqton və Tehran arasında cümə günü imzalanması gözlənilən məxfi saziş ərəfəsində baş verib.
Çin rəhbərliyi Yaxın Şərqdə yeni diplomatik balansın qurulmasında və gərginliyin azaldılmasında maraqlı olduğunu nümayiş etdirir.
Xuraman Etibarlı
İnterpress.az






