Çinin balıqçı gəmisi Hind okeanında batıbbackend

Çinin balıqçı gəmisi Hind okeanında batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin bayrağı altında üzən balıqçı gəmisi dünən günorta saatlarında Hind okeanında batıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin şimalındakı Şandun əyalətində qeydiyyatda olan “Lupenglaiyuanyu 8” gəmisinin harada olduğu hələlik məlum olmasa da, axtarışlar davam edir.

Filippin Sahil Mühafizəsi də açıqlamasında vəziyyəti yaxından izlədiklərini və Çinin Maniladakı səfirliyi ilə əlaqə saxladıqlarını, gəminin son görüldüyü bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.

Bölgənin ən böyük balıqçılıq donanmasına sahib olan Çində Sahil Təhlükəsizlik birlikləri tərəfindən bəzən dəstək qüvvəsi olaraq istifadə edilən balıqçı gəmiləri uzun müddət açıq dənizlərdə qalır.

Gəmi qəzasının səbəbi hələlik açıqlanmasa da, açıq dənizdəki tufan və yüksək dalğaların belə qəzalara səbəb ola biləcəyi məlumdur.