Conni qələbəsini qeyd etmək üçün 300 min xərclədibackend

Conni qələbəsini qeyd etmək üçün 300 min xərclədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı Amber Herdin qalmaqallı məhkəmə prosesinin nəticəsi açıqlanmadan öncə ziyafət təşkil edib.

İnterpress.az xəbər verir ki, aktyor məhkəmə məsələ ilə bağlı hökm çıxarmazdan bir neçə saat əvvəl artıq keçmiş həyat yoldaşı üzərində qələbəsini qeyd etməyə başlayıb.

Şənlik Nottinq-Hildəki klubların birində keçirilib. Gecənin Conniyə ümumilkdə 300 min dollara başa gəldiyi məlum olub.

Bundan başqa, məclisdə aktyorun keçmiş sevgilisi Keyt Moss da iştirak edib.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Amber Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.