COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıbbackend

COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID-19 pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.