Çoxqütblü dünya sistemi: “İlk sırada dayanan İsraildir” – ŞƏRHbackend

Çoxqütblü dünya sistemi: “İlk sırada dayanan İsraildir” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın nüvəyə malik olması onu yenidən hegemonluq etməyə döndərə bilməyəcək”.

Bu sözləri beynəlxalq aləmdə baş verən prosesləri dəyərləndirən politoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında deyib.

O bildirib ki, 1991-ci ilə kimi dünya ikiqütblü sistem şəklində davam etdi. Sovetlərin parçalanması ilə Amerika təkqütblüyü əlinə almağı bacarsa da, bunu qoruya bilmədi. Artıq dünya çoxqütblülüyə keçid edib:

“Çin, Türkiyə bu qütblülükdə mühüm yer tutur. Dövlətlər əvvəl-axır yenidən təkqütblülük üçün müharibə aparacaq. Bu müharibədə Rusiyanın qarşısında güclü bir koalisiya var. Rusiyanın nüvəyə malik olması onun yenidən hegemonluq etməyə döndərə bilməyəcək. Çünki bu silah təkcə Rusiyanın əlində cəmləşməyib.

Amerika hələlik güc sahibidir, ancaq bunu daim sabit saxlaya bilməyəcək. NATO-nun daxilində sabitlik hökm sürmür. Maraqları toqquşan çox qüvvə var. Buna Yunanıstan və Türkiyəni misal çəkmək olar. Amerika əvvəllər Yunanıstanı kommunizmdən qorumaq üçün yardım edirdisə, indi bu dövləti Türkiyə gücünün qarşısına bir sədd olaraq görür. Britaniyanın ada dövləti olması ona həm sərf edir, həm də ziyanına olur. Müdafiə cəhətdən böyük avantajlıdır. Çoxqütblü dünya sistemində deyə bilərəm ki, ilk sıralarda dayanan İsraildir.

İran da bu sistemdə mühüm rol oynayır. İranın ayaqda qalmasının əsas səbəblərindən biri həm strateji mövqeyi, həm enerji qaynaqları, həm də maraqları öz üzərinə cəlb etməsidir. O qədər sanksiyalara rəğmən hələ də ayaqdadırsa, İranı küçümsəməmək lazımdır”.