Cüdo üzrə Azərbaycan yığmasında KÜTLƏVİ YOLUXMAbackend

Cüdo üzrə Azərbaycan yığmasında KÜTLƏVİ YOLUXMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

İnterpress.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından “Report”a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 – 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.