Daha bir ölkə Rusiyanın peyvəndini alırbackend

Daha bir ölkə Rusiyanın peyvəndini alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamın Səhiyyə Nazirliyi Rusiyada istehsal olunan koronavirus əleyhinə peyvəndi almaq üçün Moskvaya müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Vyetnamın dövlət televiziyasında məlumat verilib.

“Səhiyyə Nazirliyi Rusiyadan peyvəndin alınması ilə bağlı müraciət göndərib. Eyni zamanda Vyetnam öz COVİD-19 peyvəndini istehsal etmək yolunda səylərini davam etdirəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə Rusiya dünyada ilk dəfə koronavirusa qarşı peyvəndin rəsmi qeydiyyata alındığını elan edib. “Sputnik V” adını alan vaksinin birinci partiyası iki həftə ərzində istehsal olunacaq.

 

İnterpress.az