Damla “üsyan etdi“: “Yorğanın altında hər şeyi…“ – Fotobackend

Damla “üsyan etdi“: “Yorğanın altında hər şeyi…“ – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Damla son vaxtlar artan qadın ölümləri barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı hər kəsi müzakirə edən insanları sərt şəkildə qınayıb:

“Son dönəmlər yaşananlara matım quruyub. Bəzi insanlar nə yeyib, hansı havanı udur? Nədir bu təlatümlər? İntiharlar, təcavüzlər?

Körpələrin, qadınların amansızca öldürülməsinin günahını kimdə axtaraq? İnsanların evinin içinə qədər girib həyatını müzakirə edəcək boş vaxtı haradan tapırsınız? Tanımadığınız, bilmədiyiniz insanların yataq otağında yorğanının altına qədər hər şeyi müzakirə edirsiniz…

Şantajlar, iyrənc söyüşlər, davalar sosial mediamızın gündəmini zəbt edir. Nədir buna marağınız? C. Məmmədquluzadənin sözü yadıma düşdü: Dirisi ilə rus, ölüsü ilə ərəbcə danışan millətim…

Nədir bu üsyanlar, nədir içinizdəki bu nifrət? Din savaşları, məntiqsiz dini yanaşmalar. “Quran”ın bir səhifəsini belə oxumayanların “Quran”dan sitat gətirməsi gülünc deyilmi? Hər paylaşılan fotonun altına “şəhidlərin qanı sizə haram olsun” şərhini yazanlar siz şəhid adını hara gəldi, necə gəldi yazıb şəhid kəlməsini niyə ucuzlaşdırırsınız? O müqəddəs şəhidlik mərtəbəsinə ucalanların adını hər səhifədə gic-gic şəkillərin altına yazmağa utanmırsız? Bəs deyilmi hamıda namus-qeyrət axtarışına çıxmağınız? Sizə nə? Sizə nə axı?”

Müğənni yeni klipində intihar mövzusuna toxunduğunu qeyd edib:

“Bu dəfə klipimizdə intihar mövzusuna müraciət etmişik. Çünki son günlər intihar hadisəsi yoluxucu xəstəlik kimi yayılıb. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir. Dayanmadan səhifələr paylaşır. Bu psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır. Həyat gözəldir. Çətinlikləri, əziyyəti ilə yaşamağa dəyər. Ölüm çarə deyil. Ölüm çıxış yolu deyil. Həyatı sevin”.

Damla “üsyan etdi“: “Yorğanın altında hər şeyi...“  - Foto