Danimarkada Quran və türk bayrağına hücum olubbackend

Danimarkada Quran və türk bayrağına hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada növbəti dəfə Quran və türk bayrağına qarşı təxribat xarakterli hücum olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Danimarkadakı “Patrioterne Gar Live” (Patriots Live) adlı marjinal qrupun islamofob və ultra-millətçi bir üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurana hücum edib.

İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı bu anları Tvitter hesabında canlı olaraq paylaşıb.

Türkiyədə prezident seçkiləri və 28-ci parlament seçkiləri çərçivəsində Danimarkada dünən səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn türk seçicilər bu təxribata reaksiya verib.

Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldırarkən Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb və təxribatçıya xəbərdarlıq edib.

Polis Türkiyə vətəndaşlarına “bu təxribata qarışmamaq” xəbərdarlığı edərkən, təxribatçı ətrafında tədbir görməyə davam edib.

Səs verməyə gələn Türkiyə vətəndaşlarının əksəriyyəti təxribatçıya şifahi reaksiya göstərərək, belə bir hərəkətin qəbuledilməz olduğunu və düzgün olmadığını bildiriblər.

Təxribat zamanı heç bir zorakılıq yaşanmasa da, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi təhlükəsizlik tədbirləri gördüyü bildirilib.