DÇ-2022: Bu gün təxirə salınmış pley-off oyunu keçiriləcəkbackend

DÇ-2022: Bu gün təxirə salınmış pley-off oyunu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinintəxirə salınmış yarımfinal oyunu keçiriləcək.

Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkelli idarə edəcək.

Cütün qalibi finalda Uelslə qarşılaşacaq. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

DÇ-2022, pley-off mərhələsi, yarımfinal

Təxirə salınmış oyun

1 iyun

22:45. Şotlandiya – Ukrayna

Baş hakim: Denni Makkelli (Niderland)

Qlazqo, “Hempden Park” stadionu

Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.